DSMF-nin yeni elektron xidməti istifadəyə verildi - Video

saytların hazırlanması

Evə çatdırılma

DSMF-nin yeni elektron xidməti istifadəyə verildi - Video

Sosial

02 İyul 2022 17:40 1104


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yeni e-xidməti istifadəyə verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə DSMF-dən bildirilib. 

Qeyd olunub ki, sosial sığorta ödəmələri ilə bağlı müraciətlərin nəticəsini artıq onlayn rejimdə görmək olar. Marqarita pizza

DSMF-nin əqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:

- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,

- hamiləliyə və doğuma görə,

- uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,

- uşağın anadan olmasına görə,

- dəfn xərci kimi nəzərdə tutulan müavinət

ilə bağlı müraciətinizə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənmək mümkündür.

Bunun üçün:

- e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olursunuz;

- Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçirsiniz.

Bu zaman müraciətinizin nəticəsi olaraq məlumatı - müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!