DSX sərhəddəki insidentlə bağlı açıqlama yaydı

DSX sərhəddəki insidentlə bağlı açıqlama yaydı
İyul 15, 2019
Oxunma sayı: 908

Dövlət Sərhəd Xidməti Keşikçidağda baş verən insidentlə bağlı açıqlama yayıb.

“Yeni Sabah” bildirir ki, açıqlamada 14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib.