Jurnalistlər tanınmış şəxslərin adından göndərilən mesajlar və hüquq-mühafizə orqanlarının adından edilən saxta zənglərlə bağlı diqqətli olmağa çağırılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Dələduzlar əvvəlcə tanınmış şəxsin adından yazaraq guya Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) və ya başqa hüquq-mühafizə orqanından zəng ediləcəyini söyləyirlər. Daha sonra zəng edən şəxs hədə-qorxu gəlir və qanunsuz tələblər irəli sürür. Sezar pizza
Belə hallarla üzləşən şəxslərə əlaqəni dərhal kəsmək və hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə olunur.
Telegram kanalımız