Dubay şeyxinin keçmiş azərbaycanlı xanımı saxlanıldı – Prokurorluqdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Dubay şeyxinin keçmiş azərbaycanlı xanımı saxlanıldı – Prokurorluqdan açıqlama

Hadisə

05 İyun 2026 10:52 297


Dubay hakim ailəsinin üzvü olan şeyx Səid bin Məktum bin Rəşid Əl Məktum ilə uzun sürən qəyyumluq mübahisəsi yaşayan azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlı saxlanılıb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Dubay Prokurorluğu Zeynəb Cavadlının üç övladının atası tərəfindən verilmiş şikayət əsasında nəzarətə götürüldüyünü təsdiqləyib. Prokurorluğun açıqlamasında bildirilir ki, o, məhkəmə tərəfindən təsdiqlənmiş görüş zamanı uşaqları qanunsuz şəkildə özündə saxlamaqda ittiham olunur.

Hadisədən əvvəl hüquq müdafiəçisi və vəkil David Haigh Zeynəb Cavadlı ilə əlaqənin kəsildiyini açıqlamışdı. Onun sözlərinə görə, iyunun 2-də təhlükəsizlik qüvvələri Cavadlının yaşadığı ünvana gəlib və bundan sonra ailə üzvləri və yaxınları onunla əlaqə saxlaya bilməyiblər. pizza mizza

34 yaşlı keçmiş gimnast uzun illərdir şeyxin ailəsi ilə övladlarının qəyyumluğu uğrunda məhkəmə çəkişməsi aparır. Məlumata görə, Dubay məhkəməsi bu ilin aprelində üç qızın tam qəyyumluğunu ataya vermiş, qərarın icrası üçün məcburi tədbirlərə də icazə vermişdi.

David Haigh isə saxlanmanı tənqid edərək beynəlxalq təşkilatları və BMT-ni məsələyə müdaxilə etməyə çağırıb. O bildirib ki, Zeynəb Cavadlı uzun müddətdir təzyiqlərlə üzləşdiyini deyir və uşaqlarından ayrı salınacağından ehtiyat edirdi.

Dubay Prokurorluğu araşdırmanın davam etdiyini, qərarların uşaqların maraqları nəzərə alınmaqla veriləcəyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!