“Dünənə kimi yola getməyənlər indi sənətkar deyir” – Nazilədən Tacirlə bağlı İRAD

saytların hazırlanması

Evə çatdırılma

“Dünənə kimi yola getməyənlər indi sənətkar deyir” – Nazilədən Tacirlə bağlı İRAD

Şou

18 Sentyabr 2026 11:49 84


Şairə Nazilə Səfərli son günlər arıqlaması ilə gündəmə gələn müğənni Tacir Şahmalıoğlu barədə danışıb.

“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkə paylaşımında Tacirin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazilə Səfərli dünənə qədər Tacir Şahmalıoğlu ilə yola getməyən insanların indi onu “sənətkar” adlandırmasına diqqət çəkib: pizza

“Həyata bax e, dünənə kimi Tacir Şahmalıoğlu ilə yola getməyənlər, indi ona sənətkar deyir. Hamı yazır ki, Allah sənə şəfa versin. Nə olub ki? Mədəaltı vəzini əməliyyat etdirib. Şəkərdən azad olub. Gözü aydın olsun. Beləliklə də çəki atıb. Ardınca da qrip olub. İndi camaat buna qəşəng rəylər yazır. Öpürəm, sənətkar. Həmişə ayaq üstə”.

Qeyd edək ki, Tacir Şahmalıoğlu səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunub və bundan sonra 25 kq çəki itirib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!