Dünya birjalarında 2026-cı il 9 oktyabr tarixinə olan etalon marka neftlərin qiymətində ucuzlaşma müşahidə olunduğu halda, “Azeri Light” markalı Azərbaycan nefti kəskin bahalaşıb.
“Yeni Sabah” xəbər verir ki, “WTI” markalı neftin bir bareli 1,12 dollar (1,22%) ucuzlaşaraq 90,37 dollara, “Brent” markalı neftin bir bareli isə 1,41 dollar (1,35%) enərək 102,87 dollara düşüb.
Bunun əksinə olaraq, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 11,91 dollar və ya 8,89 faiz sıçrayış edərək 145,81 dollar təşkil edib. Marqarita pizza
Telegram kanalımız