Bu ilin iyul ayında dünya bazarında "Brent" markalı neftin orta qiyməti bir barel üçün 83,4 ABŞ dolları təşkil edib. Bu göstərici iyun ayı ilə müqayisədə (85,4 dollar) 2,34 % aşağıdır.
“Yeni Sabah” Dünya Bankının əmtəə bazarları üzrə aylıq hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin ikinci rübündə "Brent" markalı neftin orta qiyməti 104,4 dollar olub. Bu isə ötən ilin eyni dövrü ilə (67,8 dollar) müqayisədə 54 % çoxdur.
Məlumata əsasən, 2025-ci ildə "Brent" neftinin orta qiyməti 69 dollar təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 14,5 % aşağı olub. Dünya Bankının məlumatına görə, iyul ayında WTI markalı neftin orta qiyməti də eniş göstərərək bir barel üçün 79,4 dollara düşüb. İyun ayında bu göstərici 81,9 dollar idi ki, bu da aylıq ifadədə 3,1 % azalma deməkdir. Dominos pizza
Eyni zamanda, cari ilin ikinci rübündə WTI markalı neftin orta qiyməti 93,2 dollar olub və bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 46 % yüksəkdir.
Hesabatda qeyd edilir ki, 2025-ci ildə WTI markalı neftin orta qiyməti 64,9 dollar təşkil edib. Bu da 2024-cü ilin orta qiyməti ilə müqayisədə 14,4 % azdır.
Telegram kanalımız