Dünyada 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

saytların hazırlanması

Evə çatdırılma

Dünyada 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Sosial

19 İyun 2022 13:12 1166


İyunun 17-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əsrin əvvəlindən dünyada psixi sağlamlıq barəsində ən dolğun hesabat dərc edib. Sənəddə deyilir ki, dünyada 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir.

Yenisabah.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşri məlumat yayıb.

"2019-cu ildə dünyada 1 milyard insan, o cümlədən 14 faiz yeniyetmə psixi pozuntulardan əziyyət çəkib. Marqarita pizza

İntiharların sayı hər 100 ölümdən birinə düşür, 58 faiz intiharlar 50 yaşınadək baş verib. Psixi pozuntular əlilliyin əsas səbəbi olaraq qalır", - ÜST- nin hesabatında deyilir.

Təşkilatın məlumatlarına görə, ağır psixi pozuntuları olan insanlar əsasən qarşısıalınmaz travmalar və patologiyalar səbəbindən həyatını itirən ümumi əhaliyə nisbətən 10-20 il erkən vəfat edir.

"Sosial və iqtisadi bərabərsizlik, ictimai səhiyyədə fövqəladə vəziyyətlər, müharibələr və iqlim böhranı psixi sağlamlıq üçün qlobal təhlükəyə daxildir. 

Pandemiyanın təkcə ilk ilində depressiya və həyəcan 25 faizdən çox artıb", - ÜST iddia edir.

Təşkilat qeyd edir ki, pandemiyadan öncə də dünyada psixoz xəstəliyi olanların 71 faizi psixiatrik müalicə almayıb.

Ümumdünya Səhiyyə Təşkilatı psixi sağlamlığa dəyərini artırmaq, psixi sağlamlığa təsir edən ətraf mühiti dəyişmək, insanların psixi sağlamlığına qayğı göstərən sistemləri möhkəmləndirmək üçün birgə işləməyə" çağırış edib. /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!