“Dünyada elə güclü dövlət tapa bilməzsiz ki...” 

saytların hazırlanması

Evə çatdırılma

“Dünyada elə güclü dövlət tapa bilməzsiz ki...” 

Sosial

04 İyun 2022 12:41 1592


“Azərbaycan insanı öz həyatında kitabı vacib komponent kimi hiss etməlidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı Şərif Ağayar deyib. Bildirək ki, bu gün paytaxtın Nərimanov Parkında kitab yarmarkası keçirilir. Kitablar satış qiymətindən ucuz, endirimlərlə oxuculara təqdim olunur. Yarmarka iki gün davam edəcək.

Şərif Ağayarın sözlərinə görə, sərgilərin keçirilməsində məqsəd kitabı Azərbaycan insanına daha çox yaxınlaşdırmaqdır: Pepperoni pizza

“Bizim başqa çıxış yolumuz yoxdur. Ona görə də Qanun Nəşriyyatı olaraq, həmişə çalışırıq ki, cəmiyyətimiz daima kitabla zəngin olsun. Bu Qanun Nəşriyyatının özünün ənənəvi adətidir. Məqsəd kitabı Azərbaycan insanına daha çox yaxınlaşdırmaq, onlarla daimi ünsiyyətdə olmaq, kitab almağa, kitaba vaxt ayırmağa öyrəşdirməkdir.

Bizim başqa variantımız yoxdur. Dünyada elə güclü dövlət tapa bilməzsiz ki, onun kitabı zəif olsun. Bütün qələbələr, iqtisadi inkişaf hər şey kitabla, mədəniyyətlə şərtlənməlidir. Şərtlənmirsə, o əbədi ola bilməz”.

Şərif Ağayar tərcüməçi və redaktor problemlərində söz açdı: “Burada neçə yazarın kitabının olduğunu bilmək çətindir. Say çoxdur. Yüzlərlə yazarın kitabı var. 2021-ci ildə Qanun Nəşriyyatında 460-dan artıq kitab çap olunub. Yeni trendlərlə ayaqlaşmağa çalışırıq.

Yüzlərlə müəlliflər var. Aqşin Yeniseyin, Ayxan Ayvazın, İlkin Rüstəmzadənin kitabları var... 

Tərcüməçi və redaktor məsələlərində problemlər var. Bu sahənin ciddiyyətini artırmaq istəyirik. Məqsəd yeni redaktor və tərcüməçilər cəlb etməkdir. Qanun bütün nəşrlərinə 30 faiz endirim edir. Bundan əlavə digər nəşriyyatda 1-2 manata olan kitablar da var. Mini klassik seriyasını qiymətləndirirəm. Dünya, Azərbaycan şedevrləri hansı ki, yığcam əsərlərdir, onlar ayrıca çap olunur. Bir çayın qiymətinə biz onları təqdim edirik”.

Ş.Ağayar insanların kitaba olan sevgisinə təəccübləndiyini əlavə edib:

“Bundan əvvəl bir çox yerlərdə sərgilər oldu. İnsanların marağı 10 il bundan əvvəlki ilə müqayisədə daha çox irəliləyib. Bu qədər axın olacağını gözləmirdim. Azərbaycan xalqı oxumur anlayışı kökündən yanlışdır!

Aidiyyatı strukturlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Şərait yaradılmalıdır ki, kitab Azərbaycan oxucusunun yanına getsin. Oxuyacaq və ya oxumayacaq o bizimlə oxucunun işidir. Aradakı baryerləri götürsək, görəcəyik ki, kitaba sevgi daha da artır.

Qarşımızda çox böyük perspektivlər var. Sadəcə əl-ələ verib, kitabımızı ayağa qaldırmalıyıq. Bundan sonra dünyaya çıxmağa ehtiyac yoxdur, özü bizə yaxınlaşacaq. Dünya taxça deyil ki, ora hoppanasan, sən özün o mühiti yaratmalısan ki, o səni görsün”.

Nəzrin Vahid 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!