“Dünyada göldə çimib xalat geyinən yeganə insandır”-Paşinyana lağ etdi

saytların hazırlanması

Evə çatdırılma

“Dünyada göldə çimib xalat geyinən yeganə insandır”-Paşinyana lağ etdi

Dünya

13 Sentyabr 2026 12:07 117


Ermənistanın Baş naziri Nikol Paşinyanın Göyçə gölündən paylaşdığı görüntülər müzakirələrə səbəb olub.

"Yeni Sabah" xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında Göyçə gölündə çimdiyini əks etdirən video paylaşıb. Videoda baş nazirin sudan çıxdıqdan sonra hamam xalatı geyinməsi diqqət çəkib.

Görüntülərə Ermənistan daxilində də müxtəlif reaksiyalar verilib. Xüsusilə müxalif düşərgənin nümayəndələri Paşinyanın paylaşımını tənqid ediblər. Sezar pizza

Ermənistan Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri, “Hayastan” fraksiyasının üzvü Edqar Kazaryan Paşinyanın görüntülərinə ironik münasibət bildirib.

Kazaryan deyib ki, Paşinyan “göldə və ya dənizdə üzdükdən sonra hamam xalatı geyinən dünyada yeganə insandır”.

Qeyd edək ki, Paşinyanın Göyçə gölündə çimərkən çəkdirdiyi görüntülər sentyabrın 12-də sosial şəbəkədə yayımlanıb. Siyasətçilər ölkə rəhbərini qeyi-ciddi paylaşımlara görə qınayıblar. / musavat.com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!