Dünyada iqtisadi zəifləmə, Azərbaycanda sabitlik

saytların hazırlanması

Evə çatdırılma

Dünyada iqtisadi zəifləmə, Azərbaycanda sabitlik

İqtisadiyyat

17 Oktyabr 2026 01:23 56


Azərbaycan Hökuməti 2027–2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsini (OMXÇ) hazırlayıb.

“Yeni Sabah” xəbər verir ki, sənəd Qlobal iqtisadiyyatdakı gərginliklərə və ticari-logistik məhdudiyyətlərə baxmayaraq, Azərbaycanın 2026-cı ilin geridə qalan dövründə makroiqtisadi və fiskal sabitliyini qoruyub saxladığını nümayiş etdirir.

Açıqlanan göstəricilərə əsasən, ölkədə qeyri-neft-qaz sektorunda artım dinamikası davam edib, dövlət borcu azaldılıb, valyuta ehtiyatları isə artırılaraq borc-ehtiyat nisbəti daha dayanıqlı həddə çatdırılıb. Marqarita pizza

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) son hesabatlarına istinadən qeyd olunur ki, 2026-cı ildə qlobal iqtisadi artım tempi 2,5-3,0% səviyyəsinə qədər zəifləyib. Buna baxmayaraq, xam neft və qızıl qiymətlərindəki artım enerji ixracatçısı olan ölkələr, o cümlədən Azərbaycan üçün əlverişli maliyyə mühiti formalaşdırıb. Proqnozlara görə, 2026-cı ildə “Brent” markalı neftin orta qiyməti 87 dollar, qızılın bir troya unsiyası isə 4700 dollar təşkil edəcək.

Hazırlanmış yeni Ortamüddətli Xərclər Çərçivəsi (2027–2030) özündə dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, makro-fiskal çərçivəni, risklərin idarə olunmasını və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarını əks etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!