Dünyada koronavirusdan ölənlərin sayı 4 faiz artıb

saytların hazırlanması

Evə çatdırılma

Dünyada koronavirusdan ölənlərin sayı 4 faiz artıb

Sosial

16 Fevral 2022 09:14 499


Son bir həftə ərzində dünyada 16 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 74 mindən artıq pasiyent isə dünyasını dəyişib.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində bildirilib.

Məlumata əsasən, öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 19 faiz azalıb, ölüm hallarının sayı isə 4 faiz artıb. pizza sifarişi

"Fevralın 7-dən 13-dək koronavirusa 16 097 642 nəfər yoluxub, 74 494 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqayisədə. Daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 19 faiz azalıb, ölüm hallarının sayı isə 4 faiz artıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, son sutka dünyada koronavirusa 1 469 326 yoluxma, 7 351 ölüm halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa yoluxanların sayı 412 351 279 nəfərə, ölənlərin sayı isə 5 821 004 nəfərə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!