Dünyada meymunçiçəyinə yoluxma sayı 3 mini ötdü

saytların hazırlanması

Evə çatdırılma

Dünyada meymunçiçəyinə yoluxma sayı 3 mini ötdü

Sosial

24 İyun 2022 09:15 826


2022-ci ilin əvvəlindən indiyədək 48 ölkədə 3,2 mindən çox meymunçiçəyinə yoluxma halı aşkarlanıb.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Cəmi altı həftə əvvəl ÜST Böyük Britaniyadan kənara səyahət etməyən insanlar arasında meymunçiçəyi xəstəliyinə üç yoluxma halından ibarət klaster barədə bildiriş alıb. O vaxtdan bəri Nigeriya da daxil olmaqla 48 ölkədən ÜST-ə 3200-dən çox təsdiqlənmiş meymunçiçəyinə yoluxma və bir ölüm hadisəsi barədə məlumatlar gəlib", - baş direktor deyib. pizza mizza

Onun sözlərinə görə, virusun insandan insana ötürülməsinin miqyası lazımi səviyyədə qiymətləndirilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!