Dünyanın mühəndislik nəhəngi Azərbaycandakı filialını bağlayır

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın mühəndislik nəhəngi Azərbaycandakı filialını bağlayır

İqtisadiyyat

05 Oktyabr 2026 14:53 135


Qlobal infrastruktur və mühəndislik konsaltinqi nəhəngi “AECOM”-un ölkəmizdəki nümayəndəliyi fəaliyyətinə xitam verir.

“Yeni Sabah” xəbər verir ki, “AECOM Infrastructure and Environment UK Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1302615921) ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 44, ev 44, Korpus 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Fortune 500” siyahısına daxil olan “AECOM” iri infrastruktur, nəqliyyat və ekologiya layihələri üzrə dünyanın ən böyük konsaltinq şirkətlərindən biridir. Filialın ləğvi şirkətin yerli bazardan tamamilə çəkilməsi və ya fəaliyyət formatını dəyişməsi ilə bağlıdır. Sezar pizza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!