“Dünyaya uşaq gətirirlər, adını da qoyurlar islam dəyərləri...” 

saytların hazırlanması

Evə çatdırılma

“Dünyaya uşaq gətirirlər, adını da qoyurlar islam dəyərləri...” 

Sosial

17 Oktyabr 2022 13:07 1899


“Uşaq nikahı 18 yaşına çatmamış uşaqla yetkin və ya başqa uşaq arasında hər hansı rəsmi və ya qeyri-rəsmi birliyə verilən addır. Uşaq evliliyi qlobal problemdir. Bu, gender bərabərsizliyi, yoxsulluq, sosial normalar və sairə kimi səbəblərdən qaynaqlanır və bütün dünyada dağıdıcı nəticələrə malikdir. Təəssüf ki, eyni dağıdıcı nəticələri öz ölkəmizdə də görməkdəyik”.

“Yeni Sabah”a danışan tanınmış vəkil Mehman Muradlı bildirir ki, 16 yaşına çatmamış uşaqların evləndirilməsi cinayət məsuliyyəti yaradır:

“Əgər evləndirilən 16 yaşından aşağıdırsa və burada cinayət məsuliyyəti yaranır. Ancaq polis burada sadəcə inzibati formada valideynlərə qanunvericilikdə ailə məcəlləsində nəzərdə tutulmuş maddələrlə xəbərdarlıq edə bilər. Azyaşlının evliliyinə ancaq xüsusi hallarda icazə verilə bilər, o da yalnız bir il olmaqla, 18 yox 17 yaşında.  Marqarita pizza

Azyaşlı uşaqlarının cinsi əlaqədə olması halı varsa, o halda cinayət məsuliyyəti yaranır. Əgər qız 16 yaşındadırsa burada cinayət məsuliyyəti yaranmır. Bu iş polisin maddəsi deyil, bu sırf prokurorluğa aid olan bir maddədir. Ona görə də, bu tip işlərin araşdırılmasını prokurorluq həyata keçirir. O da xüsusi ittiham qayasında. 

Mütləq orada zərərçəkmiş olmalıdır və zərərçəkmişin yazdığı ərizə olmalıdır. Valideynin və ya qızın hər hansı bir şikayəti yoxdursa, onu gedib evindən məcbur çıxarıb iş görülə bilməz. Əgər qız 16 yaşından aşağıdırsa, o zaman polis bununla bağlı müvafiq tədbirlər görə bilər. Məsələn, Ailə, Qadın və Uşaq Komitəsinə məlumat verə bilər, prokurorluğa məlumat verə bilər. 

Prokurorluğa məlumat veriləndən sonra uşağın valideynləri buna şərait yaradıblarsa o halda araşdırma aparılır. Əgər şəxs uşaqla cinsi əlaqədə olubsa, bu halda cinayət işi açılır. Burada valideyn də uşağa qarşı törədilən cinayətin bir iştirakçısıdır. Bu zorlanmadır”.

Bölgələrdə evlilik adətlərinə diqqət çəkən vəkilin sözlərinə görə, bu adətlər qanunla tanınmır: “Molla kəbini deyə bir adət var. Bunu bizim qanunlar tanımır. Fərdi qaydada kiminsə üçün mühüm bir sənəd sayıla bilər, ancaq bu sadəcə bir kağız parçasıdır. Bəzi regionlarımızda indi də “göbəkkəsdi” deyə bir adət var. Birinin oğlu olur, birinin qızı olur. Körpə vaxtı deyir, mənim oğlum sənin qızını alacaq. Heç valideyn düşünmür ki, səhər bu uşaq böyüyəcək, şikəst ola bilər, xəstə ola bilər, yəni hər hansısa formada problemi yarana bilər. Ancaq deyirlər, hər nə olsa da, bunlar evlənməlidirlər. Problemli məsələlərdir”.

Mehman Muradlı qeyd edir ki, uşaqlara qarşı törədilən cinayətlərdə İslam qaydaları da rol oynamaqdadır: 

“Bir müddət insanların normal düşüncələri vardı. Amma baxırsan zaman keçdikcə, biz inkişaf eləmək əvəzinə daha da geriyə gedirik. Burada da, mən adət-ənənədən çox, islami dəyələri günahkar bilirəm. Başqa heç nə. 

Yəni insanlar İslama nə qədər çox qapanırsa, azyaşlılara qarşı olan cinayətlərin sayı bir o qədər çoxalır. Fakt bundan ibarətdir. Bəzən qarşılaşırıq, deyir dindaram. Uşağı da ev şəraitində doğur. Get həkimə, normal şəraitdə doğ, gərək şikəst doğasan? Sonra hamısı əsas gətirir ki, yox, orada spirtdən istifadə edirlər və s. Özləri üçün xeyli əsas tapırlar. Guya bunlar o qədər saf, təmiz yaşayıblar ki, islami qaydalara o qədər riayət ediblər ki, doğuşu da evdə həyata kleçririlər. 

Əksər vaxtlar o uşaqların sənədləşməsində də problem yaranır. Bu uşaqlara şəhadətnamə almaq çətin olur. Heç bir həkim nəzarətində, heç bir qeydiyyatda olmaya-olmaya uşaq doğub. Sən kartof almırsan ki, bunun da qeydiyyatını aparmayasan. Sən uşaq doğursan. Bunun istənilən formada qeydiyyatı aparılmalıdır. Adicə inək kəsəndə baytar həkim buna möhür vurmamış əti satışa çıxarılmır. Bunlar dünyaya uşaq gətirirlər, ancaq məsuliyyətini dərk etmirlər. Adını da qoyurlar islam dəyərləri. 

Eləsi olur ki, uşaq məktəb yaşına çatır, şəhadətnamə ala bilmir. Məktəbdən də qalır uşaq. Oğlan uşaqlarını necəsə həll edib göndərirlər məktəbə, acaq qız uşaqları ümumiyyətlə göndərilmir. Bəzi insanlar deyir, bu şəxsi məsələdir, ailə məsələsidir və sairə. Ancaq mən bunu şəxsi məsələ hesab etmirəm. O uşaq cəmiyyətin  bir üzvüdür. Ancaq təəssüf ki, ailələr uşağa canlı əşya gözü ilə baxırlar”.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!