Düşmən geri çəkilərkən yollarda maneələr qurub -  Polkovnik
26 Yan 2021 12:25
271

Düşmən geri çəkilərkən yollarda maneələr qurub - Polkovnik

Vətən müharibəsi zamanı düşmən geri çəkilən zaman yollarda maneələr qurub, körpülərin bütün əsas hissələrini partladıb və bir çox yollarda dağıntılar törədib.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mühəndis-istehkam işləri və qoşunlarının idarə rəisinin müavini, polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, bu maneələr mühəndis-istehkam bölmələrinin qruplarının vasitələri ilə təmizlənib:

"Ötən ilin 27 sentyabrından etibarən mühəndis istehkam bölmələrində maneə ləğv etmə qrupları yaradılaraq bütün əks-hücum əməliyyatı həyata keçirən qoşunların, o cümlədən xüsusi təyinatlıların tərkibinə verilərək, qoşunların maneəsiz hərəkəti təmin edilib”. (Trend)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər