“Düşmənin 2500-dən çox leşi var” - Kamil Zeynallı Füzulidən   DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

“Düşmənin 2500-dən çox leşi var” - Kamil Zeynallı Füzulidən DANIŞDI

Şou

02 Oktyabr 2020 13:26 6397


Xəbər verdiyimiz kimi, tanınmış fitness məşqçisi Kamil Zeynallı əsgərlərə dəstək olmaq üçün Füzuli rayonuna yollanıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında Füzulidən paylaşım edən idmançı cəbhədə döyüşən əsgərlərə xarici ölkələrdən xeyli pay gəldiyini bildirib:

“Allah əsgərlərimizi və zabit heyətimizi qorusun. Analar, bacılar, atalar, narahat olmayın, övladlarınız yaxşıdır. Yemək-içməkləri əladır, Dövlət, Müdafiə Nazirliyi əsgərlərimizə çox yaxşı baxır. Üstəlik, əsgərlərimizə çoxlu pay, digər lazimi ləvazimatlar gəlir. Mənim vasitəmlə alırıq, gətiririk, bu vəziyyətdə hamımız bir-birimizə dəstək olmalıyıq”. Marqarita pizza

O, müharibədə gedişatın bizim xeyrimizə olduğunu qeyd edib:

“Müharibədə gedişat hər saat bizim xeyrimizədir, qabaqdakı canavarlar irəliləyir, başda 052 olmaqla dağıda-dağıda gedirlər. O şərəfsizlərin 2500-dən çox leşləri var. Ordumuz çox güclüdür, səfərbərlikdən qaçmayın, bəziləri, ürəkli olun! Səfərbərlikdən o qədər canavar kimi oğlanlarımız gəlib ki… Bu vaxtda ordumuzun, Prezidentimizin arxasında olmaq lazımdır. Ancaq dua edin. Hər şey əla olacaq!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!