“Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir” - Pezeşkian

saytların hazırlanması

Evə çatdırılma

“Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir” - Pezeşkian

Siyasət

25 Avqust 2026 20:18 66


ABŞ və İsrail İranın daxilində iğtişaşlar yaratmaq üçün İslam Respublikasında iqtisadi etirazların artmasını istəyir.

"Yeni Sabah" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Düşmənlər anlayıblar ki, hərbi yolla İran xalqını təslim və ya məğlub edə bilməyəcəklər, məhz buna görə də sosial problemlər, iqtisadi narazılıqlar yaratmağı hədəfə alıblar ki, bu yolla İranı iğtişaşlara sürükləsinlər", - o bildirib. Sezar pizza

Pezeşkianın fikrincə, iqtisadi təzyiq ABŞ-nin İranı təslim olmağa məcbur etmək üçün əsas strategiyalarından biridir: "Lakin problemlər qarşısında geri çəkilib təslim olmalıyıqmı? Qətiyyən xeyr.

Mənim və dövlət rəsmilərinin bütün səyi həmrəyliyi qoruyub saxlamaqdır. Hər birimiz cəmiyyətin bütün fərdlərinin iştirakı ilə bölgəmizi və ölkəmizi abadlaşdıracağıq"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!