Əməkdar artist Nurlan Növrəsli uzun müddət sonra açıqlama verib.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, “MTV Xəbər”ə danışıb.
Sənətçi deyib ki, onu indiki aranjmanlar, mahnılar qane etmir: Marqarita pizza
“İstədiyim efekti ala bilmirəm. Yaxın zamanda aranjman işləri ilə özüm məşğul olmaq istəyirəm. Sənət başqadır, sosial şəbəkə, reklam, maddiyat tamam başqa. Bunları bir-birinə qatmaq olmaz. Bir insan sosial şəbəkədə özünü daha rahata hiss edirsə, özünü “sənətçi” bilirsə, qoy, bilsin.
Bayağılar, heç ifaçı da demirəm. Sadəcə sosial şəbəkədə müəyyən vəsait şəklində rəqəmi çoxalır. Düşünür ki, bu tanınandır, əlçatmazdır. Elə fikirləşsin, amma onları efirimə buraxmaram.
Azərbaycanda dahi bəstəkarlarımız olub. Mənim ürəyim ona görə yanır. Keçmişdə elə dahi bəstəkarlarımız, ifaçılarımız olmasa idi indi normal qəbul edərdim. Amma bizim Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov kimi dahilərimiz olub. Demirəm özünüzü onlara oxşadın, onsuz da oxşada bilməzsiz”.
Telegram kanalımız