“Düşünürlər ki, onsuz da hamı xəstələnməlidir” – Korona üçün test fobiyası 

saytların hazırlanması

Evə çatdırılma

“Düşünürlər ki, onsuz da hamı xəstələnməlidir” – Korona üçün test fobiyası 

Sosial

08 Fevral 2022 14:59 1113


Yoluxanların sayı gündən-günə sürətlə artmaqdadır. Lakin ətrafımızda gördüklərimizdən belə qənaətə gəlirik ki, yoluxma sayı statistika nəticələrindən daha çoxdur. Bu ona görədir ki, insanların müəyyən bir qismi test vermirlər. Ona görə də dəqiq sayı bilmək olmur. Sanki bir növ onlar test verməkdən, pozitiv nəticədən çəkinirlər. Maraqlıdır, buna səbəb nədir? İnsanlar niyə test vermək istəmirlər?

Psixoloq Gülər Məmmədova Yenisabah.az-a açıqlamasında deyib ki, bu gün insanlar gedən prosesə birmənalı yanaşmırlar: “Hər kəsin həyata baxış bucağı, hadisələrin gedişatına yanaşma tərzi var. Pandemiya dönəmində dünyada baş vermiş fövqəladə hal hər kəsin öz daxili potensialını, orqanizminə, doğmalarına, yaxınlarına yanaşma tərzi ilə bağlı düşüncələrini ortaya çıxartdı.

Bununla yanaşı mülahizələr yürütməyə başlayanlar da az deyil. Həkimlərdən fərqli olan düşüncələr irəli sürdülər. Bu da insan psixologiyasına təsir etdi. Çünki insanların daxili orqanizmi ilə bağlı hər zaman tərəddüdü, qorxusu olur. Ona görə də insanlar bu prosesə birmənalı yanaşmırlar. Düşünürlər ki, mən niyə bunu etməliyəm ki, səbəbi nədir?” pizza mizza

Psixoloqun sözlərinə görə, həmin insanlar nəticənin pis olacağını düşündüklərinə görə test vermir və ya vaksin olunmur: “3 dozanı vurduran şəxslərlə yanaşı, elələri var ki, vaksin olunmağa tərəddüd edir. Çünki insan kənardan fərqli ifadələr eşidir. Lakin onun yadında qalan sırf qorxulu, neqativ hissə olur. Ona ziyan verə biləcək ifadə olur. O ifadəyə uyğun olaraq təkzib edir. Təkzib olunan fikiri əsas götürür. Onun sağlamlığına xeyir ola biləcək həkim dediyini qəbul etmir. Çünki eşitdiyi neqativ ifadə daha adekvat gəlir. O artıq özünü elə möhürləyib ki, mən bunu etsəm, bu problemlə üzləşərəm. Onlar daima şübhələrlə yaşayan insanlardır. Onlar daxildə nələrinsə, əks olacağını düşünərək buna getmirlər. Xəstələnirlər, qrip olsa belə cəmiyyət içinə çıxırlar. Bu onların özlərinə və ətrafa laqeyd yanaşmasından irəli gəlir”.

G.Məmmədova qeyd edib ki, bu artıq insan münasibətlərində sosiallaşmanın pozulmasından irəli gələn faktorlardır: “Düşünürlər ki, heç nə olmaz, mən xəstələndim onsuz da hamı xəstələnməlidir. Adi qripdi də yoluxmayan da yoluxacaq. Onsuz da zəif keçirirlər. Bu səbəbdən kütlənin bir çoxu bunu adekvat qəbul edir. Ağlında əks fikir olmur.

Elələri var ki, rahat şəkildə gedib, test verir və ya vaksin vurdurur. Xəstəlik keçirsə də, həkim deyəcəklərinin ziyan olmayacağını düşünür. Lakin hər kəs belə deyil. Digərlərinin ilkin fikri o qədər mənfi köklənib ki, o insan nə qədər istəsə, sağlam düşüncəyə qayıda bilmir. Həmin şəxs etibar etdiyi həkimi ilə məsləhətləşsə, daha dəqiq məlumat alsa, görəcək ki, ziyanı yoxdur.

Test verməkdən çəkinənlərin də əksəriyyəti bu tip insanlardır. Düşünür ki, test verəcək, nəticə pozitiv çıxacaq, işə gedə bilməyəcək. İşindən, pulundan qalacağını düşünür. Ona görə düşünür ki, vermiyim ayaqüstü keçirim. Niyə evdə qalım, qalsam ailəmi dolandıra bilməyəcəm. Müxtəlif faktorlar var. Bəzən insanları anlamaq olur. Lakin şərtlərə də əməl olunmalıdır”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!