Düyünün qiyməti bahalaşacaq - XƏBƏRDARLIQ 

saytların hazırlanması

Evə çatdırılma

Düyünün qiyməti bahalaşacaq - XƏBƏRDARLIQ 

Sosial

15 Avqust 2023 11:30 702


Dünyanın aparıcı düyü istehsalçısı olan Çində baş verən güclü yağış və daşqınlar səbəbindən qlobal düyü bazarlarında qıtlıq yarana bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Fitch Ratings” agentliyinin məlumatında bildirilib. 

Agentliyin hesabatına əsasən, Çinin taxıl istehsal edən şimal-şərq bölgəsində güclü yağışlar düyünün dünya bazarındakı qiymətlərinə təsir edəcək. pizza hut

Hesabata görə, Çində məhsulun həcmi az olarsa, ölkə düyü idxalını artıra bilər, bu da qlobal düyü qiymətlərinin bahalaşmasına yol açacaq.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının proqnozuna görə, dünyada düyü qiymətləri son 12 ilin ən yüksək səviyyəsinə çatıb.

Digər tərəfdən, Hindistanın keçən ay ağ düyü ixracını qadağan etdiyi və Taylandın fermerləri suya qənaət etməklə daha az düyü əkməyə çağırdığı üçün bu məhsulun qiymətlərinin artacağı gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!