Düyünün qiyməti kəskin bahalaşdı 

saytların hazırlanması

Evə çatdırılma

Düyünün qiyməti kəskin bahalaşdı 

Sosial

08 Sentyabr 2023 16:43 643


Düyünün dünya bazarlarında qiyməti avqust ayında son 15 ildəki ən yüksək səviyyəsinə çatıb. Bu rəqəm Hindistanın bu dənli bitki növünün ixracına məhdudiyyətlər tətbiq etməsindən sonra iyul ayı ilə müqayisədə 9,8 faiz artıb.

Yenisabah.az BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadla xəbər verir ki, düyünün bütün növləri üzrə qiymətlərin bahalaşması dünyanın ən iri düyü ixracatçısı olan Hindistanın “İndica” ağ düyü növünün ixracına qoyduğu qadağadan sonra düyü ticarətində fasilələrin yaranmasına səbəb olub. 

FAO-nun məlumatına əsasən, dünya üzrə dənli bitkilərin istehsalı 2,815 milyard tona çatacaq ki, bu da 2021-ci ildə əldə edilmiş rekorda tam uyğundur.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!