DYP-dən yol qəzalarının qarşısını almaq məqsədilə tədbirlər

saytların hazırlanması

Evə çatdırılma

DYP-dən yol qəzalarının qarşısını almaq məqsədilə tədbirlər

Sosial

03 Dekabr 2023 17:39 613


Son zamanlar yollarda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O, qeyd edib ki, bu növ hadisələrinin qarşısının alınması məqsədilə DYP tərəfindən Respublikanın bütün bölgələrində sürücü və piyada intizamının artırılmasına yönəlmiş nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. pizza

Araşdırma zamanı piyada vurulması ilə nəticələnən qəzaların əksəriyyətinin sürücülər tərəfindən yol nişanlarının tələbinin pozulması və ya piyadaların yolu keçərkən diqqətlərini yola verməmələri, eyni zamanda piyadalar üçün ayrılmış keçidlərindən istifadə etməmələri səbəbindın baş verdiyi müəyyən edilib: “Hər bir yol hərəkəti iştirakçısını cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!