DYP futbol oyunları ilə bağlı azarkeşlərə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

DYP futbol oyunları ilə bağlı azarkeşlərə müraciət etdi

Sosial

10 Avqust 2023 13:58 687


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" – HİK və “Neftçi” - “Beşiktaş” oyunları ilə bağlı vətəndaşlara müraciət edib.

Yenisabah.az xəbər verir ki, qurum azarkeşlər oyunların keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edib:

“Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin birinci oyununda Azərbaycan çempionu "Qarabağ" Finlandiyanın HİK komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da, paytaxtın "Neftçi" klubu isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə “Beşiktaş”ı ilə qarşılaşacaq. Əvvəlcədən doğma komandalarımıza uğurlar arzurlayırıq. Marqarita pizza

Tofiq Bəhramov adına Respublika stadionu və "Neftçi Arena" ictimai nəqliyyat üçün əlverişlidir. Ərazilərdə metronun “Gənclik” və “Xalqlar dostluğu” stansiyalarının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandalarımızının oyunlarına baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər.

Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.

Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!