“2 təkərli bütün növ nəqliyyat vasitələrini idarə edənlər...” - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“2 təkərli bütün növ nəqliyyat vasitələrini idarə edənlər...” - XƏBƏRDARLIQ

Sosial

10 Sentyabr 2023 11:52 1490


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi​ küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə, eləcə də bütün hərəkət iştirakçılarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, DYP yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

"Xatırladırıq ki, küləkli havada nəqliyyat vasitələrini sürüşmə, uçma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir. pizza mizza

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin, həmçinin 2 təkərli bütün növ nəqliyyat vasitələrini idarə edənlərin isə daha da məsuliyyətli olmalarını, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamağı, daşıdıqları yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməsini, piyadalara qarşı isə yolu keçərkən sürücülər tərəfindən diqqəti artırmağı xahiş edirik!", - İdarədən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!