Türkiyəli müğənni Ebru Gündeş üz gərmə əməliyyatından sonra yeni görüntülərini paylaşıb. Onun son fotoları qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə olunub.
“Yeni Sabah” xəbər verir ki, səhnə fəaliyyəti ilə yanaşı şəxsi həyatı ilə də tez-tez gündəmə gələn Ebru Gündeş bir neçə ay əvvəl üz gərmə əməliyyatı keçirib. Türkiyə mətbuatında müğənninin daha gənc görünmək üçün etdirdiyi əməliyyata 200 min dollar xərclədiyi iddia edilmişdi.
Estetik əməliyyatdan sonra sosial şəbəkə paylaşımlarını davam etdirən Ebru Gündeş bu dəfə yeni fotolarını izləyiciləri ilə bölüşüb. Müğənni hələ yayımlanmayan mahnısı üçün kamera qarşısına keçərək fotosessiya etdirib. Həmin görüntülər sosial şəbəkələrdə qısa müddətdə yayılıb. Gündeşin ard-arda paylaşdığı fotolar minlərlə bəyənmə və şərh toplayıb. Pepperoni pizza
51 yaşlı müğənninin üzündəki dəyişiklik də sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Paylaşımın altında “Estetik yaraşıb”, “Tamamilə başqa biri olub” kimi şərhlər yazılıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız