Ebru Gündeşə Azərbaycanda cinayət işi açılır? - Vəkildən İLGİNC AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ebru Gündeşə Azərbaycanda cinayət işi açılır? - Vəkildən İLGİNC AÇIQLAMA

Sosial

07 İyul 2023 12:14 37187


Türkiyəli müğənni Ebru Gündeş barəsində cinayət işi açıla bilər. 

"Yeni Sabah" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov müğənni Ebru Gündeşin Azərbaycanda dəvət aldığı toydan 250 min dollar qazanc götürməsinin hüququ tərəflərini izah edərkən deyib. 

Vəkil bildirib ki, buna səbəb onun vergi ödənişindən yayınmasıdır:00:07 pizza sifarişi

"Vergi borcunu ödəməməsinə görə vergi orqanları ona faiz və cərimələr hesablaya bilər. Vergi borcundan əlavə faiz və cərimələri də ödəməli  olacaq. Məhkəmə zamanı aşkar olunacaq ki, Ebru Gündeşin vergini ödəməməsində imkansızlıq deyil, məhz qərəz var. Müğənni bundan sonra deyə bilməz ki, pulum yoxdur”.  

Vəkil bütün şəxslərin vergilərini ödəməli olduğunu vurğulayıb. 

Qeyd edək ki, şəmkirli biznesmen oğlunun kiçik toy məclisinə türkiyəli müğənni Ebru Gündeşi gətirib. İddiaya görə, iş adamı müğənniyə 250 min manat qonarar ödəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!