Əbülfəs Qarayevin həyat yoldaşının “Jazz’ı“ niyə işləmir? - Etiraz

saytların hazırlanması

Evə çatdırılma

Əbülfəs Qarayevin həyat yoldaşının “Jazz’ı“ niyə işləmir? - Etiraz

Sosial

04 Noyabr 2021 09:38 4032


Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımovanın təsisisçisi olduğu "Jazz’ın Dostları” İctimai Birliyi fəaliyyətini dayandırıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu ilin mart ayınadək İB-də təmsil olunan şəxslər yalnız öz vəsaitləri hesabına bu təşkilatı qoruyub saxlaya biliblər. 

Hazırda isə təşkilat maliyyə çatışmamazlığı səbəbindən fəaliyyətini yalnız sayt üzərindən davam etdirə bilir.  Toyuqlu pizza

Məsələ ilə bağlı "Jazz’ın Dostları” İctimai Birliyinin direktoru, Azərbaycanda caz festivallarının təşkilatçısı, Prezident təqaüdçüsü Nuri Əhmədov təmsil etdiyi təşkilatın fəaliyyətini dondurulduğunu təsdiqləyib: 

"Bizə maliyyə ayrılmır. Öz vəsaitimiz hesabına saytı saxlaya bilirik. Siz bilmirsiz niyə maliyyə ayrılmır? Həmçinin koronaviris pandemiyası başlayandan Azərbaycanda caz festivallarını təşkil edə bilmirik. Master klass edə bilmirik”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!