Türkiyənin müxalif İyi Partiyasının (İyi Parti) lideri Meral Akşener zəlzələdən zərər çəkmiş Hatay vilayətinə səfəri zamanı əcnəbilərə torpaq və daşınmaz əmlak satışını qadağan etməyə çağırıb.
Yenisabah.az “Anadolu”ya istinadla xəbər verir ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərin yaşayış yeri ilə təmin olunması zərurəti mənzillərin kirayə haqqının artması ilə yanaşı, satış qiymətləri və daşınmaz əmlakın əcnəbilərə rekord səviyyədə satılması problemini ortaya çıxarıb.
Bundan əlavə, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri naziri Murad Kurum müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Sevda Erdan Kılıçın sualına cavab olaraq 2022-ci ildə 75 mindən çox daşınmaz əmlakın xaricilərə satıldığına aydınlıq gətirib. Onlardan 70,8 mini yaşayış və inzibati binalar, 4 mini üzümlüklər də daxil olmaqla torpaq sahələri olub. pizza
Xatırladaq ki, ötən il 159 ölkənin vətəndaşı Türkiyədə daşınmaz əmlak alıb. Ən çox 17.143 obyekt alan ruslardır. Daha sonra isə siyahıda İran (9.023), İraq (6.409), Almaniya (3.211) və Ukrayna (2.593) vətəndaşları gəlir.
Telegram kanalımız