Əcnəbilərə ərə gedən qızlara xəbərdarlıq: “Türkanın qətli göstərdi ki...”

saytların hazırlanması

Evə çatdırılma

Əcnəbilərə ərə gedən qızlara xəbərdarlıq: “Türkanın qətli göstərdi ki...”

Sosial

11 May 2023 14:34 5736


Bir neçə gün öncə azərbaycanlı plastik cərrah Türkan Gündüzün Türkiyə vətəndaşı olan əri Muhammed Gündüz tərəfindən qətlə yetirilməsi ölkə gündəmini silkələdi. 

Bu cinayət yenidən azərbaycanlı qızların xarici ölkə vətəndaşları ilə evlilik məsələsini müzakirə obyektinə çevirdi. 

Bəzən iddia edirlər ki, xarici vətəndaşlar bizim mentalitetdən uzaqdır və bu, cütlüklər arasında psixoloji uyuşmazlıqlara, münaqişələrə gətirib çıxara bilir. Toyuqlu pizza

Bəs görəsən, bu cür qətllərdə, yaxud ailə mübahisələrində milliyyətin önəmi varmı? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Narınc” Psixologiya mərkəzinin Yeniyetmə və yetişkinlər şöbəsinin müdiri Elnarə Əliyeva bildirib ki, bu cür cinayət və mübahisələrin baş verməsində milliyətin heç bir önəmi yoxdur:

“Sözsüz ki, bu hadisə hər birimizi çox kədərləndirdi. Cəmiyyətin ziyalı həkiminin bu şəkildə bir cinayətə qurban getməsi hər kəsdə fərqli fikirlər yaratdı. İnsanlar bunu fərqli yanaşmalarla müzakirə etdi. Amma dəyişməyən həqiqət odur ki, ortada bir qətl var və bunun heç bir səbəbi, izahı ola bilməz. Heç bir halda kiminsə başqasının həyatını sonlandırmaq kimi bir haqqı yoxdur. 

Təbii ki, cəmiyyətdə bu qətllə bağlı fərqli fikirlər səsləndi. Bəziləri xarici vətəndaşla nikahın riskli olduğunu qeyd etdi. Lakin burada milliyətin heç bir fərqi yoxdur. Çox yaxşı bilirik ki, bu hal öz cəmiyyətimizin nümayəndələri arasında da yaşanır”.

Psixoloqun sözlərinə görə, milli kimlikdən öncə qarşı tərəfin psixoloji durumu dəyərləndirilməlidir:

“Təəssüf hissi ilə bildirməliyəm ki, son dövrlərdə qadın cinayətləri kəskin şəkildə artıb. Demək olar ki, hər gün bir qadın cinayəti xəbəri paylaşılır. Sadəcə, Türkan xanım göz önündə olan bir xanım olduğuna görə bu hadisə daha çox diqqəti cəlb elədi. Ümumiyyətlə, ailə daxili mübahisələrdə, şiddətdə, cinayətdə milli kimliyin böyük bir fərqi yoxdur. Əsas olan, evlilik öncəsi mərhələyə xüsusi diqqət yetirməkdir. 

 Evlənmək istəyən insan qarşı tərəfin psixoloji və sosial vəziyyətini, ailə quruluşunu, böyüdüyü ailədəki qadın və kişi rollarını, həyat tərzini, gündəlik fəaliyyətlərini, məsələlərə yanaşma tərzini araşdırılmalıdır. Akademik təhsil, status, maddi gəlir bizi yanılda bilər. Necə ki, bu hadisədə gördüyümüz kimi, cinayətin qurbanı qədər cinayətkar da ziyalı şəxs idi”. 

E.Əliyeva qeyd edib ki, xarici vətəndaşla ailə qurmağa hazırlaşan xanımlar bu məsələdə ikiqat diqqətli olmalıdır:

“Hər bir halda, xarici vətəndaşla evlənən xanımlar ikiqat daha diqqətli olmalıdırlar. Sevdikləri şəxsin kültürəl dəyərləri və böyüdüyü regionun etno-psixoloji vəziyyəti haqda maraqlanmalıdırlar. Ümumiyyətlə, insanlar evlənəcəyi şəxsin ailəyə, evliliyə, insanlara, hətta heyvanlara münasibətini öncədən müəyyənləşdirməlidirlər. Fərqli situasiyalarda onun reaksiyalarını müşahidə etdikdən sonra nikah haqqında düşünə bilərlər”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!