Əcnəbilərə iş icazəsinin verilməsi üçün yeni rüsumlar qəbul edildi

saytların hazırlanması

Evə çatdırılma

Əcnəbilərə iş icazəsinin verilməsi üçün yeni rüsumlar qəbul edildi

Sosial

09 Dekabr 2022 11:44 651


Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşir.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq: pizza hut

1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək - 1600 manat;

2 ilədək - 1800 manat;

2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək - 1400 manat;

2 ilədək - 1600 manat;

3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək - 1200 manat;

2 ilədək - 1400 manat məbləğində dövlət rüsumu alınacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!