“Ədalət o zaman bərpa olunur ki, haqlı haqqını, haqsız cəzasını alır” – Vasif Talıbov

saytların hazırlanması

Evə çatdırılma

“Ədalət o zaman bərpa olunur ki, haqlı haqqını, haqsız cəzasını alır” – Vasif Talıbov

Sosial

15 Fevral 2022 08:37 11945


“Ədalət o zaman bərpa olunur ki, haqlı haqqını, haqsız cəzasını alır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  MR Kommersiya Məhkəməsinin yeni inzibati binasının açılışında deyib.

O deyib ki, Muxtar respublikada 2300-dən çox hüquqi, 36 mindən artıq fiziki şəxs mövcuddur.  pizza

“Kifayət qədər iş potensialı vardır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi də Naxçıvan Muxtar Respublikası ərazisində hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında olan və onların sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərində düzgün qərarların qəbul olunması məqsədilə yaradılıb. Qısa müddət ərzində kollektiv formalaşıb və lazımi iş şəraiti ilə təmin edilib. Kollektiv isə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, bu sahədəki mübahisələr həll olunmalı və ədalətli qərarlar qəbul olunmalıdır”.

“Ədalət o zaman bərpa olunur ki, haqlı haqqını, haqsız cəzasını alır”,- deyən Ali Məclisin Sədri muxtar respublikada kommersiya sahəsində olan bütün işlərə, müraciətlərə ədalətli baxılacağına və ədalətli qərarlar çıxarılacağına əminliyini bildirib, kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ceyhun Rəsulov Şərur r-nu
    Allah sizə can sağlığı versin, həmişə var olasan, siz bizim fəxrimizsiniz. ???? yaşa. GÜCLÜ LİDER, DÜZGÜN SİYASƏT, XALQ BİRLİYİ QƏLƏBƏ DEMƏKDİR.????????????????????????????????????????????????????????
    4 years ago