Ədliyyə naziri Xidmət rəisini işdən çıxardı 

saytların hazırlanması

Evə çatdırılma

Ədliyyə naziri Xidmət rəisini işdən çıxardı 

Sosial

15 May 2024 10:58 641


Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov vəzifəsindən azad edilib. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov Əmr imzalayıb. 

İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.  Dördpendirli pizza

Qeyd edək ki, Akşin Ziyadov 2017-ci ildə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi təyin olunub. Həmin təyinatadək isə Nizami rayon prokuroru vəzifəsində çalışıb. 

Xatırladaq ki, Probasiya Xidməti penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsini təmin edən qurumdur. (“Qaynarinfo”)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!