Ədliyyə Nazirliyi AYB-nin qalmaqallı qurultayının nəticələrini tanımaya bilər

saytların hazırlanması

Evə çatdırılma

Ədliyyə Nazirliyi AYB-nin qalmaqallı qurultayının nəticələrini tanımaya bilər

Sosial

28 Oktyabr 2022 07:33 4177


Azərbaycan Yazıçılar Birliyinin qurultayında  sədrliyə  namizəd olmaq istəyənlərin qarşısının alınması, ciddi seçki pozuntularının müşaiyyət olunması və  Anarın alternativsiz sədr seçilməsi ciddi müzakirələrə səbəb olub. 

Bu tənqidlərə cavab olaraq isə AYB-nin sədr müavini Rəşad Məcid demokratik seçki ənənəsinə zidd olan açıqlama verib. O,  bəyan edib ki, Anara rəqib olan şəxslər ümumiyyətlə, qurumdan kənarlaşdırılmalı idi.

Bəs görəsən, ciddi pozuntularla müşaiyyət olunan qurultayın nəticələrini Ədliyyə Nazirliyində ləğv etdirmək mümkündürmü? pizza mizza

Hüquqşünas Hafiz Həsənov Gununsesi.info-ya açıqlamasında bildirib ki, AYB ictimai birlik statusunda olduğundan onun seçkili orqanları mövcuddur: 

“Bütün bunlar  nizamnamə ilə həyata keçirilir. Ədliyyə Nazirliyinə sənədlər təqdim olunanda  müəyyən olunsa ki, Yazıçılar İttifaqının  qurulatyında ictimai birlik  kimi onun üzvlərinin hüquqları pozulub və qanun pozuntusuna yol verilib, seçkilərdə saxtakarlıqlar olub, bu  halda Ədliyyə Nazirliyi qurultayındakı dəyişiklikləri – sədr seçkisi, üzvlərin seçkisi və digər nəticələri qeydə almaya bilər. 

Bu pozuntunun müəyyən olunması ilə bağlı qeyd etdiyimiz şəxslər özləri də sənədlər təqdim olunandan sonra Ədliyyə Nazirliyinə müraciət edə bilər.  Onların həmin pozuntuları şikayətlərində göstərməlidirlər. Ədliyyə Nazirliyinin qeydiyyat orqanı da bu halda yeni nəticələri qəbul etməz. Belə halda qurultayın yenidən keçirilməsi zəruridir. Yox əgər Ədliyyə Nazirliyi bu qurultayın nəticələrini qeydə alırsa, yeni reyestrdən çıxarış verirsə,  o zaman bu halda həmin şəxslər Ədliyyə Nazirliyinin həmin reyestrdəki dəyişikliklər üzrə çıxarış verilən sənədlərin ləğv edilməsi ilə bağlı məhkəmədə mübahisələndirmə aça bilərlər. Bu halda həmin reyestr sənədlərinin məhkəmə qaydasında da ləğv oluna bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!