“Bu ilin sonunadək əhalinin həssas kateqoriyasından olan şəxslərə 1500 mənzil veriləcək”.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) növbəti 50 mənzilin verilməsini həyata keçirib: “Sözügedən mənzillər şəhid ailələri və müharibə əlilliyi olan ailələrə verilib. Beləliklə, il ərzində 1500 mənzil və fərdi evlərin təqdim olunması nəzərdə tutulub”. Toyuqlu pizza
Nazir müavini qeyd edib ki, hazırda həmin evlərin 650-si artıq təhvil verilib.
A. Kərimov vurğulayıb ki, artıq 40 mindən artıq postmüharibə kontingenti olan şəxslərimizə realibitasiya vasitələri, 300 minə yaxın sosial dəstək tədbirləri göstərilib: “100 mindən artıq şəhid ailələri, mühiribə əlilliyi olan şəxslər, müharibə veteranları müxtəlif sosial ödənişlər alıb. Nazirlik həm Birinici Qarabağ, həm də Vətən müharibəsi kontingetinə sosial dəstək tədbirlərini ilin sonunadək davam etdirəcək”.
Telegram kanalımız