Efirdə 6 yaşlı qızın bakirəliyi mövzusu:   “Bəziləri bu işdən ilhamlanaraq…” - Video

saytların hazırlanması

Evə çatdırılma

Efirdə 6 yaşlı qızın bakirəliyi mövzusu: “Bəziləri bu işdən ilhamlanaraq…” - Video

Sosial

03 Yanvar 2023 12:41 6424


Bir neçə gün öncə MTV telekanalında yayımlanan “Ümid ilə gəl” verilişində gərgin anlar yaşanıb.

Tarix Əliyevin (Tolik) aparıcısı olduğu verilişdə ailələr arasında dava düşüb. Studiyada əyləşən nənənin boşanmış keçmiş gəlinin 6 yaşlı qızının bakirəliyini yoxlatdırmaq istəməsi qalmaqala səbəb olub.

Etiraz doğurmuş kadrlar qısa zamanda sosial şəbəkələrdə də yayılaraq qınaq obyektinə çevrilib. Dominos pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq-pedaqoq Zeynəb Əyyubova bu kimi halların efirdə göstərilməsinin əleyhinə olduğunu bildirib.

Psixoloq qeyd edib ki, belə hadisələrin televiziyada milyonlara göstərilməsi hər insanın psixologiyasına eyni cür təsir etmir:

“Ümumiyyətlə, istər intihar hallarının, istər qətl faktlarının, istərsə də uşaqlara təcavüz mövzusu insanlarda ikimənalı reaksiya doğurur. Bəziləri bundan həqiqətən örnək götürür və o səhvlərə yol vermir, digərləri isə əksinə, həvəslənir və bu işdən ilhamlanaraq nələrsə edə bilirlər. Ona görə də, bir psixoloq kimi, bu kimi hadisələrin daha az müzakirə olunmasını, sözügedən qalmaqalların ailə daxilində həll olunmasını məsləhət görürəm. Əgər tanınmış şəxslər də məsələyə qarışacaqsa, bunu efirdə yox, efirdənkənar etməsi daha məqsədəuyğundur”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!