Müğənni Elnarə Xəlilova və aparıcı Zaur Nəbioğlu arasında canlı efirdə mübahisə düşüb.
Yenisabah.az xəbər verir ki, hadisə “Rəngarəng səhər” proqramında olub.
Buna səbəb sənətçinin bayağı mahnı ifaçılarının proqramlara dəvət olunmasını qınaması olub: pizza hut
“Verilişdə sənət göstəririk. Təbliğat göstəririksə, bunu 1 günə edə bilmərik. Son 20 ilin problemidir. 20 il əks-istiqamətdə işləməliyik ki, hər şey yerinə qayıtsın”.
Zaur cavabında deyib: “Özünüzdə günah görmürsünüz? Çox müğənni ildə bir-iki dəfə verilişə çıxır. Hər gün efir təqdim edirəm. Siz ildə 1 dəfə efirə gəlirsinizsə, mən nə edim”.
Əsəbiləşən Elnarə isə bildirib: “Bu, mənim yox, televiziyaların problemidir. Sizin reytinq gətirən verilişləriniz ən qalmaqallı, hay-küylü, qeybət edilən buraxılışlarınızdır. Biz sənət adamları da bu cür verilişlərə getmirik”.
Telegram kanalımız