Efirdə bədənlərini göstərənlər musiqi zövqünü korlayır - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

Efirdə bədənlərini göstərənlər musiqi zövqünü korlayır - Xalq artisti

Şou

11 Aprel 2024 09:09 751


"Efirdə bədənlərini göstərənlər gənclərin musiqi zövqünü korlayır".

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu fikri Xalq artisti Nəzakət Teymurova verilişlərin birinə qonaq olarkən deyib.

O əlavə edib: "Biz əfsuslar olsun ki, bayağılığı təbliğ edirik. Gözümüzü açandan Şövkət Ələkbərova, Arif Babayev, Hacıbaba Hüseynov kimi bir çox korifey sənətkarlarımızdan bəhrələnmişik. Bacımın nəvəsi bir bayağı ifaçının adını çəkib və deyir ki, ona bənzəmək istəyirəm. O qədər onları təbliğ edirlər ki. Özümüzdən süni şəkildə çox uzaqlaşmışıq. Hər gün efirdə simaları ilə bədənini göstərmək, mənə elə gəlir ki, bizi bir az geri atır. Gənc nəslin musiqi zövqü korlanır". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!