Efirdə Rövşanə ilə Məleykə arasında mübahisə düşdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Efirdə Rövşanə ilə Məleykə arasında mübahisə düşdü - Video

Şou

07 Dekabr 2019 12:49 1469


ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində aparıcı Rövşanə Ağasəfqızı ilə Xalq artisti Məleykə Əsədova arasında efir zamanı gərgin anlar yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, aparıcı teatrdakı vəziyyətin son vaxtlar acınacaqlı olduğunu deyib:

"Teatrlara getmirəm, küsmüşəm. Baxılası heç nə yoxdur". pizza sifarişi

Rövşanə xanımın bu sözləri M.Əsədovanı əsəbiləşdirib. Aktrisa aparıcıya etiraz edərək, sərt sözlər deyib:

"Teatrımızda hər şey normaldır. Hər dəfə İnstaqramda paylaşıram, tamaşa zamanı zalda nə qədər adam var. Gənclər, ziyalılar gəlib bizə baxır. İstedad hamıda ola bilməz. Azər Paşa Nemətov əla rejissordur. Ziyalıların gəlməməsi mənfidir. Gəlmək lazımdır".

Aparıcı isə "Azərbaycan teatrı təkcə sizdən ibarət deyir. Deyirsiz, mənə gəlib baxırlar. Hər şey siz deyilsiz. Teatrlar var ki, nə gündədir. Teatr deyən kimi, imkan vermir danışmağa. Azər Paşa Nemətova sözüm yoxdur. Bir dəfə efirimə teatr mövzusu qoydum, heç kim gəlmədi. Yazışmalar, danışıq səsləri də əlimdə var" cavabını verib. /axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!