“Efirə çıxıb 7 dəsmalla ağlayırlar, amma...” - Tolik onları “yıxıb-sürüdü”

saytların hazırlanması

Evə çatdırılma

“Efirə çıxıb 7 dəsmalla ağlayırlar, amma...” - Tolik onları “yıxıb-sürüdü”

Şou

09 Dekabr 2024 15:46 823


“Müğənnilərin, sənət adamlarının verilişlərdə ağlayıb problemlərini danışması vətəndaşları qıcıqlandırır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış prodüser, aparıcı Tarix Əliyev  (Tolik)  deyib. Aparıcı fikirlərinə belə davam edib:

“Əslində bir neçə il bundan öncə belə mövzular üçün verilişlər var idi. Əsasən, sənətçilər o verilişlərə öz keçmişləri haqda danışmağa gedirdilər. Amma hazırda o qədər sosial verilişlər var ki, adi vətəndaşların problemi qalıb bir kənarda, tanınmış simalar efirdə olan zaman öz sosial problemlərini irəli sürürlər. Yaxud da şou verilişlərində bunu edənlər olur. Məsələn, eyni gündə Aynur Dadaşova həm mənim, həm də Zümrüd Bədəlovanın verilişində qonaq oldu. Mənim verilişimdə birdən-birə ağladı, rəhmətlik bacısı yadına düşdü deyə onun haqda fikirlər bildirdi. 1 saat sonra isə Zümrüd Bədəlovanın verilişinə qatıldı və orada hönkür-hönkür ağlamağa başladı”. pizza mizza

T.Əliyev vurğulayıb ki, insanlar ifaçıların sadəcə şan-şöhrətli həyatlarını və bahalı geyimlərdə toylarda ifa etdiklərini gördükləri üçün verilişlərdə ağlamaqlarını tamaşaçılar səmimi qəbul etmir:

“Düşünürəm ki, müğənnilər efirdə problemlərini səsləndirməməlidirlər. Çünki onların müxtəlif əlaqələri var. Həm də bu kimi ucuz qalmaqallar insanları onlardan iyrənməyə vadar edir. Bəzi müğənnilər 3 manatlıq mahnılara görə efirdə çıxıb qırğın edirlər, sosial şəbəkələrdə özlərini tərbiyəsizcə aparırlar.  Ancaq efirdə özlərinə çəki-düzən verirlər. Mənə elə gəlir ki, insanlar da buna görə qıcıq olurlar. Tamaşaçılar düşünür ki, müğənnilər qaz vurub qazan doldurur, amma efirdə 7 dəsmalla ağlayırlar. Bu yaxşı deyil.

Hər bir verilişin mövzusu var. Əyləncəli verilişdə əyləncə, sosial verilişdə isə problemlər olmalıdır. Sadə vətəndaş rayondan gəlib öz problemini işıqlandırmaq istədiyi təqdirdə tanınmış simaya söz verilir. Bu haqsızlıqdır”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!