Əfv Komissiyasında baxılan müraciətlərin kateqoriyaları açıqlandı
26 Fev 2021 15:57
239

Əfv Komissiyasında baxılan müraciətlərin kateqoriyaları açıqlandı

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirilən ötən iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.

Yenisabah.az-ın xəbərinə görə, komissiyanın indiyədək keçirilən iclaslarında əsasən yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Qeyd edək ki, komissiyanın növbəti toplantısının fevralın 27-də keçirilməsi nəzərdə tutulur. Son günlər komissiya üç iclas keçirib və daxil olan müraciətlərdən 350-dən çoxuna baxılıb. (Report)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər