“Əgər biz indi Ermənistanın tərəfini tutsaq, onda...” - Fransız nazirdən erməni lobbisinə rədd

saytların hazırlanması

Evə çatdırılma

“Əgər biz indi Ermənistanın tərəfini tutsaq, onda...” - Fransız nazirdən erməni lobbisinə rədd

Siyasət

14 Oktyabr 2020 00:55 1980


Fransa “vasitəçi” qismində Dağlıq Qarabağ münaqişəsində “qərəzsiz” (neytral) qalmalıdır deyən Fransa diplomatiyasının rəhbəri Jan-İv Lö Dryan fransız deputat və merlərinin çağırışını rədd edib.

1994-cü ildə Rusiya və ABŞ-la birlikdə münaqişənin həlli ilə bağlı götürdüyü mandat Fransanı neytral qalmağa məcbur edir. Fransa iki ölkədən hər hansı birinin tərəfini tutarsa onda qanuniliyini itirəcək.

Yenisabah.az xəbər verir ki, Fransa Xarici İşlər naziri bu fikirləri Milli Assambleyada erməni lobbisinin təsiri altında olan bir qrup deputatın Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı çağırışına cavab olaraq deyib.

Fransanın Ermənistanla ikitərəfli sıx əlaqələrinin olduğunu deyən J.-İ. Lö Dryan erməni lobbisinə ölkəsinin Azərbaycanla da uzun tarixi əlaqələri olduğunu vurğulayıb.

"Əgər biz indi Ermənistanın tərəfini tutsaq, balanslaşdırılmamış mövqe göstərsək, onda Azərbaycanla ikitərəfli əlaqələrimizin keyfiyyətinə xələl gətirər, eləcə də Minsk qrupu çərçivəsindəki rolumuza və böhran içində olan tərəflərə təsirimizi itirərik”,-deyə J.-İ. Lö Dryan bildirib.   /Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!