Əhaliyə rəsmi xəbərdarlıq: Bu ərazilərdən uzaq durun!

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə rəsmi xəbərdarlıq: Bu ərazilərdən uzaq durun!

Sosial

07 Fevral 2023 14:16 3074


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 9-a kimi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.

“Yeni Sabah” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti  paytaxt sakinlərinə müraciət edərək, gözlənilən hava şəraiti ilə bağlı  müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. 

Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur.   Marqarita pizza

“Bildiririk ki, hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!