Əhaliyə ŞAD XƏBƏR: Azərbaycanda bu məhsul ucuzlaşdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə ŞAD XƏBƏR: Azərbaycanda bu məhsul ucuzlaşdı - VİDEO

Sosial

26 Noyabr 2023 11:47 18708


Bitki yağlarının qiyməti enib.

“Yeni Sabah” Xəzər TV-yə istinadən bildirir ki, ucuzlaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur.

Böyük supermarketlərin birində xaricdən gətirilən 2 litrlik bitki yağının qiyməti 14 manat 50 qəpikdən 11 manat 50 qəpiyə enib. Yerli məhsullar da müxtəlif adlar və çeşidlərdə təqdim olunur ki, onların da qiymətində nəzərəçarpacaq dərəcədə endirim var. Sezar pizza

Ukrayna, Belarus və Zelandiyadan gətirilən kərə yağları da 1 manat - 1manat 50 qəpik arasında ucuzlaşıb.

İqtisadçı-ekspert Elmir Səfərlinin sözlərinə görə, duru yağların qiymətində enmə daha çox hiss olunur.

Elə alıcılar da son aylarda həm yerli, həm də müxtəlif ölkələrdən gətirilən duru yağların qiymətinin dəyişdiyini deyirlər.

İqtisadşı-ekspert Rəşad Həsənov isə bu ucuzlaşmanı dünya bazarında bitki yağlarının, eləcə də onların istehsalı üçün lazım olan xammalın qiymətinin enməsi ilə əsaslandırır.

İqtisadçılar bildirir ki, ucuzlaşmanın növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.

Ümumiyyətlə isə ölkədə qarğıdalı və günəbaxan istehsalını genişləndirməklə xarici xammal bazarından asılılığa son qoymaq mümkündür ki, bu da qiymətlərin daha da enməsinə səbəb olar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elşen
    Azerbaycanda hecne ucuz deyil.Saxtakar olkenin saxtakar milleti ucuzdu endirimdi kampaniyadi deye deye milleti qoyun yerine qoyub.Keyfiyyetsiz mehsullardi hamisi.Qazanc menbeyi yoxdu amma herşey bahadir.Yalannan reklamlar etmeyin bu millete...!!!!!
    2 years ago
  • ilkin
    Salam,ne qeder ucuz olsa biz kasiblara xeyri var allah komeyiniz olsun
    2 years ago