Əhaliyə VACİB XƏBƏR: İlin ikinci yarısında pensiyalar yenidən...

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə VACİB XƏBƏR: İlin ikinci yarısında pensiyalar yenidən...

Sosial

08 May 2026 15:11 437


Pensiyaların artırılması hər zaman cəmiyyətdə ən çox maraq doğuran sosial məsələlərdən biri olub. Xüsusilə, son illərdə həyata keçirilən sosial paketlər, maaş və müavinətlərdəki artımlar əhalinin gözləntilərini daha da artırıb. 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilərək artırılmasından sonra isə vətəndaşları düşündürən əsas sual budur: ilin ikinci yarısında pensiyalarda yenidən artım ola bilərmi?

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, pensiyaların indeksləşdirilməsi qanunvericiliyə uyğun olaraq hər il həyata keçirilir.

Deputatın sözlərinə görə, ötən ilin orta aylıq əməkhaqqının artım faizinə uyğun şəkildə əmək pensiyaları yenidən hesablanır və artırılır: pizza sifarişi

“2026-cı ildə də həmin mexanizm tətbiq olunub və pensiyalarda artım baş verib. Qanunvericiliyə əsasən pensiyaların indeksləşdirilməsi ildə bir dəfə aparılır. Bu baxımdan cari ilin ikinci yarısında və ya yaxın aylarda əlavə artımın olub-olmayacağı ilə bağlı konkret qərar yoxdur”.

Azər Badamov qeyd edib ki, müəyyən hallarda ölkə başçısının sərəncamı ilə əlavə sosial paketlər qəbul oluna və sosial ödənişlərdə yeni artımlar həyata keçirilə bilər:

“Son illərin təcrübəsi göstərir ki, sosial sahə daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2018–2025-ci illər ərzində ümumi maliyyə dəyəri 8 milyard manata yaxın olan 5 sosial paket icra edilib və bu paketlər 4 milyondan çox insanın sosial rifahına müsbət təsir göstərib. Həmin dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya isə 3 dəfə artırılıb. Sosial müavinət və təqaüdlər üzrə ödənişlərin həcmi isə təxminən 5 dəfə yüksəlib”.

Deputat əlavə edib ki, 2026-cı ilin dövlət büdcəsində sosial müavinətlər, təqaüdlər və kompensasiyalar üçün 2 milyard 144 milyon manat vəsait nəzərdə tutulub:

“Bu da ötən illə müqayisədə 9,1 faiz çoxdur. Bu artım sosial sahənin dövlət büdcəsinin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Azərbaycan sosialyönümlü siyasət həyata keçirən dövlətdir və əsas məqsədlərdən biri əhalinin sosial rifahının yaxşılaşdırılması, xüsusilə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!