Əhməd Quliyevin obyektində ŞOK YOXLAMA -   Görün nə tapıldı?!

saytların hazırlanması

Evə çatdırılma

Əhməd Quliyevin obyektində ŞOK YOXLAMA - Görün nə tapıldı?!

Sosial

03 Sentyabr 2026 17:24 50


Ağcabədi rayonunda antisanitar şəraitdə fəaliyyət göstərən pendir istehsalı müəssisəsi aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Hacıbədəlli kəndində fiziki şəxs Quliyev Əhməd Kərəm oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib.

Yoxlama zamanı müəssisənin müvafiq icazə olmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin məhsulların etiketlənməsi, sanitar-gigiyenik tələblərə əməl olunması və təmizliklə bağlı bir sıra nöqsanlar aşkarlanıb. pizza

Aşkar edilmiş faktlarla bağlı inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!