Ehsan mərasimində 100-dən çox insan zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Ehsan mərasimində 100-dən çox insan zəhərləndi

Dünya

19 Oktyabr 2026 20:58 101


Türkiyənin Bursa şəhərində ənənəvi "Mövludi-Şərif və Düyü Günü" tədbirində iştirak edən sakinlər qidadan zəhərləniblər.

"Yeni Sabah" xəbər verir ki, şəhər sakinlərinin xatirəsinə təşkil olunan kütləvi ehsan mərasimi Bursada ikinci dəfə keçirilib. Tədbirdə təxminən min nəfərə toyuq və düyüdən ibarət yemək paylanıb.

Mərasimdən təxminən üç saat sonra iştirakçılardan bəzilərində ürəkbulanma və qusma başlayıb. 100-dən çox insan xəstəxanaya yerləşdirilib. Pepperoni pizza

Hadisə ilə bağlı jandarm araşdırmaya başlayıb. Zəhərlənmənin səbəbinin qida olduğu ehtimal edilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!