Ekspert: “Uşaqlar kimisə cəzalandırmaq üçün intihar edirlər“

saytların hazırlanması

Evə çatdırılma

Ekspert: “Uşaqlar kimisə cəzalandırmaq üçün intihar edirlər“

Sosial

27 Aprel 2021 17:07 729


"2021-ci ildə azyaşlılar arasında intihar hadisələrinin sayı diqqət çəkdi. Bu istiqamətdə mart ayından başlayaraq araşdırmalar aparıram. Bu araşdırmalar daha çox sorğu, test və söhbətlər formatında olur. Hər gün universitetdə, kollecdə dərs zamanı tələbələrim, hazırlıq dərsimə gələn abituriyentlər və “Kamal” kursuna gələn şagirdlərlə bu istiqamətdə işləyirəm”.

Yenisabah.az xəbər verir ki, bunu təhsileksperti Kamran Əsədov deyib. Ekspert sorğunun nəticələrini araşdırması tam yekunlaşdıqdan sonra bölüşəcəyini bildirib:

“Amma sorğuda bir cavab daha çox diqqətimi çəkdi. İntiharın baş verməsi üçün səbəblər müxtəlifdir. Təbii ki, biz onları psixoloji baxımdan zəif hesab edirdik, amma yox, bəzən onlar çox güclüdür ki, bu addımı atırlar. Nə isə bu barədə yazacam. Sorğu iştirakçısının fikri belə idi:"İntihar başlı-başına intiqam alma yoludur. Səni xəyal qırığlığına uğratmış insanların özlərini günahkar hiss etmələrini istəyərsən". Bəli, kimisə cəzalandırmaq. Bu diqqət yetirməli məqamdır. Biz onları dinləməliyik”.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!