Elariz Amerikada xoşbəxtdir: İşləri “yağ kimi” gedir - Videolar

saytların hazırlanması

Evə çatdırılma

Elariz Amerikada xoşbəxtdir: İşləri “yağ kimi” gedir - Videolar

Şou

16 Mart 2020 12:21 3328


Bir müddət öncə Amerikaya köçən, sənətini orada davam etdirən və Nyu-Yorkda dönərxana açan Elariz Məmmədoğludan xəbər var.

Yenisabah.az xəbər verir ki, dünyada koronavirus pandemiyasına yoluxanların sayının 169 mini keçməsinə baxmayaraq, ifaçı Amerikada sənət fəaliyyətini əvvəlki həvəslə davam etdirir. 55 yaşlı Elariz sosial şəbəkədə həm şəxsi biznesi barədə, həm də oxuduğu məkanlardan görüntüləri izləyiciləri ilə bölüşür. Paylaşılan görüntülərdən müğənninin xoşbəxt olduğu sezilir.

Paylaşılan görüntülərdən məlum olur ki, yayılan pandemiya müğənniyə o qədər də təsir etməyib. O, panikaya qapılmayıb və işlərinə davam edir. Azərbaycandakı həmkarlarından fərqli olaraq, Amerikada Elarizin işlərinin “yağ kimi” getdiyini söyləmək olar. pizza

Bəzi izləyiciləri ona “Kaş Bakıya da gəlsən”, “Sənsiz Bakı toylarının dadı-duzu qalmayıb”, “Özünü orada virusdan qoru”, “Oradasınız deyə Bakı üçün darıxmısınız deyəsən” kimi rəylər yazıblar. İfaçı Bakı üçün darıxdığını bildirib. 

Qeyd edək ki, Elariz Məmmədoğlu 2018-ci ilin yazında “green-card” (Amerikada daimi yaşamaq hüququ verən sənəd) udub, lakin ABŞ-a getmək istəməyib. Ancaq müğənninin həyat yoldaşı onu ABŞ-a köçməyə inandıra bilib. E.Məmmədoğlunun Amerikadan paylaşdığı görüntüləri təqdim edirik: 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!