Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarına köçən azərbaycanlı müğənni Elariz Məmmədoğlu yeni biznes açıb.
“Yeni Sabah” xəbər verir ki, ifaçı bu barədə “Üç əlli” verilişində danışıb. Müğənni İlqar Sail veriliş zamanı E.Məmmədoğluna zəng edib. Elariz isə Amerikada dönərxana açdığını deyib:
“Təxminən 2-3 aya Azərbaycana gələcəyəm. Burada məkan açmışam. Dönər, şişdə kabab veririk. Bakı üçün çox darıxmışam. Görəndə ki, İlqar Sail zəng edib, sevindim”. pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız